Meteohəssas insanlara XƏBƏRDARLIQ
29 Yanvar 2025
01:00 - 28 Yanvar 2025
Davam edən tələbə etirazları fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç ölkə hökumətində gözlənilən dəyişiklikləri açıqlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nazirlərin yarıdan çoxunun öz postlarını tərk edəcəyini bildirib.
Vuçiç qeyd edib ki, çətin siyasi vəziyyətdə kimin ölkənin gələcəyi üçün döyüşməyə hazır, kimin hazır olmadığı bəlli olub.
“Mən gözləyirəm ki, hazırkı nazirlər tərkibinin 50%-dən çoxu dəyişdiriləcək”, - Serbiya lideri deyib.
Prezidentin sözlərinə görə, hökumət ölkədə həyatın təşkilinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət yetirməlidir ki, bu da özünün əsas vəzifəsidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin