Finlandiyada sənaye və nəqliyyat işçiləri tətil edir

20:35 - 27 Yanvar 2025

Finlandiyada sənaye və nəqliyyat işçiləri tətil edir

Finlandiyanın bir sıra həmkarlar ittifaqları sənaye və nəqliyyat sektorunda çalışan işçilərin tətilə başladığını elan ediblər.

 

Manset.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Məlumata görə, etirazlara səbəb işçilərin iş şəraitindən narazılığı olub. Tətildə UPM, “Metso”, “Nokia”, “Orion”, ABB, “Kone” kimi iri şirkətlərin əməkdaşları, həmçinin “Finnair” aviaşirkətinin pilotları iştirak edəcəklər. Qeyd olunur ki, tətil dalğası fevralın 14-dək davam edəcək.


Xəbər xətti

29 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin