Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK
29 Yanvar 2025
17:44 - 27 Yanvar 2025
Prezident Donald Trampın administrasiyası ABŞ-da TikTok xidmətində 50% səhm ala biləcək investorlar axtarır.
Manset.az CNBC-yə istinadən xəbər verir ki, əsas namizədlər Oracle-ın baş direktoru Larri Ellison, SpaceX və Tesla-nın qurucusu İlon Maskdır.
Çox güman ki, Mask TikTok səhmlərinin 50%-ni alacaq, televiziya şirkəti hesab edir. Lakin gələcəkdə milyarder X sosial şəbəkəsinin sahibi olduğu üçün media bazarında səlahiyyətlərindən sui-istifadə etdiyinə görə antiinhisar araşdırmaları ilə üzləşə bilər. Xidmət siyasi gündəmi təbliğ etmək üçün istifadə oluna bilər.
Oracle texnologiya şirkəti platformanı ələ keçirmək üçün yaxşı şansa malikdir. Korporasiya TikTok ilə süni intellektin inkişafına və texnoloji əməkdaşlığa 500 milyard dollar sərmayə qoymağı nəzərdə tutan Stargate layihəsində iştirak edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin