Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK
29 Yanvar 2025
16:49 - 27 Yanvar 2025
Belçika, “Roma” və “İnter”in sabiq yarımmüdafiəçisi Radja Nainqqolan yanvarın 27-də səhər Antverpen limanı vasitəsilə Cənubi Amerikadan kokain qaçaqmalçılığı ilə bağlı həbs edilib.
Manset.az “Gazet van Antwerpen” Brüssel prokurorluğuna istinadən xəbər verir ki, Nainqqolanın mənzili də daxil olmaqla otuz ünvanda axtarış aparılıb və onun avtomobillərindən biri götürülüb.
Nainqqolan yanvarın 22-də Belçikanın "Lokeren-Temse" klubuna keçib. Bu, futbolçunun son klubu olub. Klub futbolçunun səhər məşqini buraxdığını, lakin istintaqla bağlı təqsirsizlik prezumpsiyasının olduğunu bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin