Türkiyədə oteldə baş verən yanğının SƏBƏBİ

15:28 - 27 Yanvar 2025

Türkiyədə oteldə baş verən yanğının SƏBƏBİ

Türkiyənin Bolu vilayətində "Grand Kartal" otelində baş verən yanğın mətbəxdən başlaya bilər.

 

Manset.az xəbər verir ki, bu barədə "Sabah" yazır.

Qəzetin yazdığına görə, qrildəki yağ alovlanıb, lakin aşpazlar onu yanğınsöndürən əvəzinə su ilə söndürməyə başlayıblar. Yanğın uzun müddət təmizlənməyən havalandırma vasitəsilə bütün otelə yayılıb.

Mətbəx işçiləri təxminən 40 dəqiqə yanğını söndürməyə çalışıblar. Onlar heç bir yanğınsöndürən görmədiklərini iddia edirlər. İşçilər yanğının öhdəsindən gələ bilməyib və oteldən qaçıblar.

Siqnal çalmayıb və yanğın nərdivanlarına giriş bağlı olub. Oteldə yanğınsöndürmə sistemi də olmayıb.


Xəbər xətti

29 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin