“Samiraldo doğuldu və kloun oldu”

15:33 - 27 Yanvar 2025

“Samiraldo doğuldu və kloun oldu”

Müğənni Samir Bağırov bir vaxt dostluq etdiyi stilist Samiraldo ilə bağlı qalmaqallı fikirlər səsləndirib. 

 

Manset.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə o, “Pərvizə görə”də danışıb.  S. Bağırov deyib ki, vaxtında ona köməklik göstərib: 

“Samirlə əvvəl yaxın münasibətdə idik. Sonra da normal idi. Mənə yaxın dost olmaq üçün mənimlə eyni dalğada olmaq lazımdır. Səviyyədə demək düzgün deyil. O vaxt yanımda idi, indi yox. Axı dedim ki, indi başqa Samir Bağırovam. Samirlə yaxın oldum ki, ona kömək edim. Mən bir salona gedirdim, yaxşı usta idi. Gördüm Samir orada köməkçidir, hamı onunla zarafat edir, “prikol”a tutur. Ona heç kim saç əmanət etmirdi. O, təkcə yerdəki saçları təmizləyirdi və ya “ukladka” edirdi. Mən pis oldum, öyrəndim ki, yetimdir, uşaq evində böyüyüb. Fikirləşdim ki, kömək etmək lazımdır. Dedim ki, saçımı Samir fenləsin, amma o, əsirdi, mənim pərəstişkarım idi. Başladım, onu özümlə aparmağa, dedim belə geyinmə. 

O vaxt sanki kloun olmuşdu. Əslində indi də kloun obrazındadır. Amma mən onunla yaxın olduğum vaxtlarda səviyyəsini qaldırdım. Həmişə özümlə aparırdım. Gördüm ki, bir müddət sonra Aygünlə, Zulyayla öpüşür. İkincisi, mənim xasiyyətimdir, həmişə dəstəyi qaldırmıram. Məni tapmaq üçün yanımdakı insanların nömrəsini götürürlər. Belə-belə, bir vaxt sonra Samiraldo doğuldu. Çox təəssüf ki, yenə kloun oldu. Buna görə peşman deyiləm. Mən öz vəzifəmi yerinə yetirdim, istəyirdim başqa cür olsun. İndi oxuyur, səs vacib deyil. Dedim axı, indi təkcə tənbəllər oxumur. Fikrimcə, sənin heç olmasa 10 pərəstişkarın varsa, oxumağa icazə var. Bunu camaat özü seçir. Hər kəs özü, öz intellektinə uyğun kumir tapır. Onu sevən insan başqa cürdür. Tək ondan söhbət getmir. Hər kəsin öz auditoriyası var. Xoşbəxt insanam ki, mənim auditoriyam az olsa da, çox mədəniyyətli insanlardır. Pərəstişkarlar da özü kimi ulduzu seçirlər. Mənə bu, bəsdir”. 


Xəbər xətti

29 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin