Bu ölkə Rusiya və Ukrayna vətəndaşlarını təhvil verməkdən imtina etdi

01:00 - 27 Yanvar 2025

Bu ölkə Rusiya və Ukrayna vətəndaşlarını təhvil verməkdən imtina etdi

Danimarka Apellyasiya Məhkəməsi Kiyevin Rusiya və Ukrayna vətəndaşının ekstradisiyasına dair tələbini təmin etməkdən imtina edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Ritzau” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yekun qərar vermək üçün iş Ali Məhkəməyə göndərilib.

Rusiyalı Kiyev hakimiyyəti tərəfindən casusluqda, ukraynalı isə dörd qızıl-zinət əşyası və nağd pul oğurluğunda ittiham olunur.

Nəşr bildirib ki, imtina üçün məhkəmə hər iki təqsirləndirilən şəxsə qarşı işgəncə və qeyri-insani rəftarın digər formalarının tətbiq edilməsi ehtimalını əsas götürüb.

Ölkə qanununda göstərilib ki, Avropa İnsan Hüquqları Konvensiyasının işgəncə və digər qeyri-insani rəftarla bağlı maddəsinin pozulması riski olduqda ekstradisiya həyata keçirilə bilməz.


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin