“Azneft” dairəsində maşın yandı: Yolda sıxlıq yarandı - FOTO/VİDEO
27 Yanvar 2025
22:30 - 26 Yanvar 2025
İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları zəruri hallarda təhsil və tibb müəssisələrində məhkumluğu olan qanunsuz miqrantları saxlaya biləcəklər.
Manset.az xəbər verir ki, bunu ABŞ-nin yeni prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üçün məsul təyin etdiyi Tomas Homan deyib.
“ABC” televiziyasında məmurdan Amerika hakimiyyətinin qərarını izah etməsi istənilib və xidmət əməkdaşlarının məktəblərdə hansı cinayətkarları tapacağını soruşub. O isə suala cavabında deyib:
“MS-13 cinayətkar dəstəsinin 14-17 yaşlı neçə üzvü var? Çoxdur. Mənə zabitlərinin məktəblərə, həkimlərin kabinetlərinə və ya tibb müəssisələrinə girişi qadağan edilən başqa bir hüquq-mühafizə orqanının adını çəkin. Bunu yaxşı təlim keçmiş kadrlar edəcək və belə həssas sahələrə gəldikdə, əməliyyatlara nəzarət ediləcək. Xidmət əməkdaşlarının azad hərəkət etmək imkanı olmalıdır. Əgər onlar başa düşsələr ki, milli və ya ictimai təhlükəsizliyə təhdid bu qurumlardan birindən gəlir, o zaman onların həbs etmək imkanı olmalıdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin