USAİD Ukraynaya yardımları dayandırdı

19:27 - 26 Yanvar 2025

USAİD Ukraynaya yardımları dayandırdı

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinə (USAID) Ukrayna ilə bağlı layihələri və onların maliyyələşdirilməsini dayandırmaq tapşırılıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti qərar qəbul edib.

USAİD-in ofisində Dövlət Departamentinin direktivini dəqiq necə həyata keçirməyi planlaşdırdıqları və istisnaların olub-olmayacağı barədə hələlik məlumat yoxdur.

USAID Ukraynada məktəblərin bərpası, tibbi xidmətlər, kritik enerji sistemlərinin təmiri kimi humanitar layihələri dəstəkləyir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp inauqurasiyadan sonra digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə faktiki olaraq donduran sərəncam imzalayıb. Bundan əlavə, ABŞ Dövlət Departamenti beynəlxalq yardımın dondurulması və yeni yardımların dayandırılması barədə göstəriş verib. Bununla Ukraynaya bəzi humanitar yardımların verilməsini dayandırılıb.

Prezident Volodimir Zelenski bildirib ki, Dövlət Departamentinin qərarı Ukraynaya hərbi yardımın göstərilməsini dayandırmır.


Xəbər xətti

27 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin