Meymunçiçəyinə görə nəzarət gücləndirildi - Sərnişinlərə xüsusi diqqət yetirilir
27 Yanvar 2025
14:47 - 26 Yanvar 2025
“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” klubuna transfer olan Olavio Juninyo yeni klubunda debüt edib
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Karioka - Quanabara Kuboku” çərçivəsində “Volta redonda”ya qarşı matçda meydana çıxıb.
O, 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2023-cü ilin yayında Ağdam klubuna transfer olan braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Hücumçu “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.
Xatırladaq ki, bu transferin 5 milyon avroya başa gəldiyi bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin