Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

12:17 - 25 Yanvar 2025

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.

 

Manset.az Oxu.az-a istinadla xəbər verir ki, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində araşdırmalar aparılır.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə "WhatsApp" vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.


Xəbər xətti

26 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin