Ərdoğan Xocalıya gələcək
26 Yanvar 2025
09:25 - 25 Yanvar 2025
Azərbaycan Premyer Liqasında XX tur davam edir.
Manset.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Əvvəlcə “Səbail” öz meydanında “Kəpəz”i qəbul edəcək. “ASCO Arena”da baş tutacaq oyun saat 16:00-da start götürəcək.
Günün ikinci matçında “Sabah” “Sumqayıt”la qarşılaşacaq. Qarşılaşma 18:30-da “Bank Respublika Arena”da baş tutacaq.
Azərbaycan Premyer Liqası
XX tur
25 yanvar
16:00. “Səbail” - “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“ASCO Arena”
18:30. “Sabah” - “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov
“Bank Respublika Arena”
Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın turnir cədvəlində 14 xalla 9-cu, “Sabah” 27 xalla 5-ci və “Sumqayıt” 20 xalla 6-cı sırada qərarlaşıb.
“Səbail” isə cəmi 12 xal toplayaraq çempionatın autsayderidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin