25 gün öncə yanan qadın xəstəxanada öldü

09:06 - 25 Yanvar 2025

25 gün öncə yanan qadın xəstəxanada öldü

25 gün öncə yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə 31 dekabr tarixində Sumqayıtın Kotec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin