Baş kulinar "Azərişıq"ı SƏRT TƏNQİD ETDİ - Xanım deputata ÇAĞIRIŞ

13:36 - 27 İyun 2021

Baş kulinar

Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Suraxanı rayonu, Hövsan qəsəbəsində işıq yanmadığı üçün "Azərişıq"ı sərt tənqid edib.

Manset.az xəbər verir ki, T.Əmiraslanov sosial şəbəkə hesabında bunları yazıb:

"Mən hər kəsi Suraxanı işıq idarəsinin, Bakı işıq idarəsinin rəhbərləeinin işdən azad edilənə  və əhaliyə vurduqları zərəri tam ödətdirənə qədər  mübarizə etməyə çağırıram .

Dünən axşam saat 9-dan indi caat 10-dur ki, yənı 13 saatdır  Hövsan qəsəbəsinin Kondinsioner bağlarına işıq verilmir.

Heç bir telefona , qəza xidmətinə. və s. zəng etməyin mənası yoxdur.

Soyuduculardakı ərzaqlar məhv oldu, hamama , tualetə motor su vurmur, ağacları sulamaq mümkün deyil, internet, TV işləmır. Kondinsionerlər işləmır. Urək xəstələri , yaşlılar, balacalar lap pis vəziyyətdədirlər.

Bu dəhşət istilərdə əhaliyə cəhənnəm yaradanlar mütləq cəzalanmalıdır.

Milyonlar qazanıb kefdə olanlar yüz bəhanə gətirəcəklər. Cəzasızlıq şəraitində xalqı talayan, milləti zəlıl eləyənləri zəlil etmək lazımdır!

1 Vicdanlı hüquqşunaslar bu işi ələ alsınlar
2. Hər bir zərər çəkən səsini qaldırsən yazsın!
3. Bu idarənın rəhbərinin ailəsini , özünü tanıyanlar onlar haqqında yazsınlar ki hər kəs onları görəndə yanlarından salam əvəzinə tüpürüb kecsin
4 bu postu bölüşün və bu məxluqlara qarşı mübarizə metodlarını təklif edin.
5. Tanıyan varsa bu ərazidən seçilmiş deputatı da bu işə qoşun!"

Qeyd edək ki, adıçəkilən ərazi üzrə  30 saylı Suraxanı birinci seçki dairəsindən Sevinc Fətəliyeva millət vəkili seçilib.

"Azərişıq"dan Manset.az-a bildirilib ki, dünən qeyd olunan ərazidə qəza olub. Qəza xidməti problemi aradan qaldırıb və elektrik enerjisinin verilməsi bərpa edilib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin