Bu dəfə AQTA-nın özündə nöqsanlar aşkarlandı - Rəsmi
25 Yanvar 2025
19:45 - 24 Yanvar 2025
Rusiya Prezidenti Vladimir Putin Moskvanın ABŞ-nin yeni administrasiyası ilə bir çox, o cümlədən strateji sabitlik və iqtisadiyyat, eləcə də enerji məsələləri üzrə təmas nöqtələri ola biləcəyini düşünür.
Manset.az İnterfaks-a istinadən xəbər verir ki, o, bu barədə “Moskva. Kreml. Putin” verilişinə açıqlamasında bildirib.
“Ümumi götürsək, əlbəttə ki, hazırkı administrasiya ilə kifayət qədər çoxlu təmas nöqtələrimiz, bu günün əsas problemlərinin həlli yolları ilə bağlı oxşar yanaşmalarımız ola bilər. Bunlar strateji sabitlik məsələləridir, yeri gəlmişkən, həm də iqtisadiyyatla bağlı məsələlərdir”, - o deyib.
Putin qeyd edib ki, Rusiya və ABŞ ən böyük neft istehsalçıları olmaqla yanaşı, həm də enerji resurslarının ən böyük istehlakçılarıdır.
“Bu isə o deməkdir ki, həm bizim, həm də Amerika iqtisadiyyatı üçün çox yüksək qiymətlər pisdir, çünki enerji resurslarından istifadə edərək ölkə daxilində istehsal etməliyik, ölkə daxilində başqa mallar da istehsal etməliyik. Digər yandan, çox aşağı qiymətlər də çox pisdir, çünki bu, enerji şirkətlərinin investisiya imkanlarına xələl gətirir. Bu istiqamətdə danışacağımız çox şey var”, - o söyləyib.
Prezidentin sözlərinə görə, enerji sektorunda qarşılıqlı maraq doğura biləcək başqa məsələlər də var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin