Bu dəfə AQTA-nın özündə nöqsanlar aşkarlandı - Rəsmi
25 Yanvar 2025
19:20 - 24 Yanvar 2025
Şübhəli kiberhücum səbəbindən Tbilisinin ictimai nəqliyyatında sərnişin ödəniş sistemi müvəqqəti olaraq dayandırılacaq.
Manset.az xəbər verir ki, bununla əlaqədar Tbilisi şəhər meriyası bəyanat yayıb.
“Problemin aradan qaldırılması üçün aidiyyəti şirkətlərin nümayəndələri operativ şəkildə işə başlayıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qurğular işə salınacaq. Bu müddət ərzində nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək”, - deyə bəyanatda deyilir.
Qeyd edək ki, Tbilisidə ictimai nəqliyyatda ödəniş aparatları vasitəsilə Gürcüstan və Avropa İttifaqının himnləri, həmçinin siyasətçilərin müxtəlif məzmunlu səsli mesajları yayımlanır. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin