Hökumənin həyat yoldaşı 40 min kompensasiyadan İMTİNA ETDİ

18:45 - 24 Yanvar 2025

Hökumənin həyat yoldaşı 40 min kompensasiyadan İMTİNA ETDİ

“Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi”.

 

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib:

“Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı”.

Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

 


Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin