“Bu əmri verənlərin adları və rütbələri məlumdur” - Caliber

17:32 - 24 Yanvar 2025

“Bu əmri verənlərin adları və rütbələri məlumdur” - Caliber

Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi üzrə Rusiyada aparılan istintaq təyyarənin "Pansir S-1" hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləyib.

 

Manset.az  Caliber-ə istinadən xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən məlumat yayılıb.

Bu qurğu Rusiyaya Suriyadan gətirilib. Həmçinin, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı elektron döyüş sistemlərinin tətbiqini təsdiqləyib və nəticədə təyyarə idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib.

Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də əmri verən şəxsi müəyyənləşdirib. Üstəlik, redaksiya artıq bu şəxslərin adlarını və rütbələrini bilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin