Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimə edildi

16:57 - 24 Yanvar 2025

Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimə edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Turanbank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.


Manset.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.2-ci maddəsinə əsasən "Turanbank" ASC 20 min manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Turanbank" ASC-nin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə edilib.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin