Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar bu tarixdə başlayacaq

01:00 - 24 Yanvar 2025

Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar bu tarixdə başlayacaq

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar iki həftədən sonra başlayacaq.

 

Manset.az-ın xəbərinə görə, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin hərəkatın teleqramdakı rəsmi kanalında yazıb.

“İki həftədən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanacaq, bu müddət ərzində üç əsas məsələ müzakirə olunacaq: İsrail qoşunlarının Qəzzadan tam çıxarılması, anklavda daimi atəşkəs və bütün əsirlərin dəyişdirilməsi", - Cabarin qeyd edib.

O, həmçinin vurğulayıb ki, HƏMAS Qəzza razılaşmasının bütün mərhələlərinin bir-biri ilə bağlı olmasını israr edir.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin