"Rusiya ilə yox, ABŞ ilə əməkdaşlıq edin" - Zelenskidən Avropa ölkələrinə müraciət

00:35 - 24 Yanvar 2025

Avropa enerji resursları məsələsində Rusiya ilə yox, ABŞ və digər qlobal tərəfdaşlarla daha sıx əməkdaşlıq etməlidir.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O bildirib ki, enerji resursları məsələsi, xüsusilə neft amili sülh və real təhlükəsizlik üçün ən kritik amillərdən biri olaraq qalır.

V.Zelenski, həmçinin qeyd edib ki, güc vasitəsilə sülhə nail olmaq mümkündür: “Biz buna inanırıq. Əsas odur ki, ləngiməyək və Rusiyaya təzyiqi saxlayaq”.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin