"Müharibənin həlli tamamilə Rusiyadan asılıdır" - Tramp

22:25 - 23 Yanvar 2025

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinin indi tamamilə Moskvadan asılı olduğunu bildirib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə çıxışında deyib,

O bildirib ki, Ukrayna razılığa hazırdır.

Trampın sözlərinə görə, artıq tərəflər arasında atəşkəslə bağlı işə başlanılıb.

ABŞ lideri sülhün təmin olunacağına əminliyini ifadə edib.

Dövlət başçısı, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə tezliklə görüşmək istədiyini bildirib.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin