"Rusiyanı sülhə məcbur etmək lazımdır" - Polşa Prezidenti

22:05 - 23 Yanvar 2025

Rusiyanı sülhə məcbur etmək lazımdır.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Davos İqtisadi Forumunda çıxışında deyib.

O bildirib ki, dünya bunun üçün tədbirlər görməlidir.

“Rusiya televiziyasına baxsanız, əsl problemin nə olduğunu görərsiniz”, - dövlət başçısı əlavə edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, savaşın bu il bitməsi üçün mümkün olan hər şeyi edəcək.


Xəbər xətti

24 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin