“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olundu

19:27 - 23 Yanvar 2025

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olundu

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olunub.

 

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Nizamnaməyə aşağıdakı dəyişikliklər edilib:

- idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etmək;

- tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq;

- müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin