Dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edildi

18:44 - 23 Yanvar 2025

Dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edildi

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 11 fakt aşkarlanıb.

Mülkiyyət əleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, “isti izlərlə” 31 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, avtoxuliqanlıq hərəkətlərinə yol verən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin