Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 Yanvar 2025
15:08 - 23 Yanvar 2025
Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də mühüm beynəlxalq telefon danışığı keçirəcək.
Manset.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
“Günün ortasında Prezidentin beynəlxalq telefon zəngi edəcəyini gözləyirik, sizi məlumatlandıracağıq”., - o, dedyib.
Peskov, yəqin ki, Putinin ABŞ Prezidenti Donald Trampla gözlənilən danışıqlarını nəzərdə tutub.
Yanvarın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri ilə Rusiyadan Slovakiyaya təbii qazın nəqli perspektivlərini müzakirə etmək istədiyini bildirmişdi. Ərdoğan Putinlə rəsmi söhbətinin bu həftənin sonuna qədər baş tutacağına ümid etdiyini demişdi.
Cümə axşamı keçirilən brifinqdə Peskov bildirib ki, iki ölkə Prezidentləri arasında telefon danışığı hələ planlaşdırılmayıb, lakin danışıqlar tez bir zamanda razılaşdırıla bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin