Sabah bu ərazilərdə işıq OLMAYACAQ
24 Yanvar 2025
13:44 - 23 Yanvar 2025
Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ildə şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.
Manset.az xəbər verir ki, STM-nin tabeliyində olan tibb müəssisələrinə 2024-cü ildə əhali tərəfindən 1 milyon 488 min 991 müraciət qeydə alınıb.
Xidmətlərə gəldikdə isə əhaliyə 5 milyon 358 min 68 tibbi xidmət göstərilib.
2023-cü il ilə müqayisədə ötən il göstərilən xidmət sayı 18 faizə yaxın artıb. Belə ki, 2023-cü ildə xidmət sayı 4 milyon 532 min 985 təşkil edib.
Tabeli tibb müəssisələrində icra olunan əməliyyat saylarında da artım müşahidə olunub. Belə ki, ötən il 25 min 84 cərrahi əməliyyat və prosedur həyata keçirilib ki, bu da 2023-cü il ilə müqayisədə 8 faiz çoxdur. 2023-cü ildə isə cərrahi əməliyyat və prosedur sayı 23 min 192 təşkil edib.
Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin