Samir Şərifova yeni vəzifə verildi
23 Yanvar 2025
09:30 - 23 Yanvar 2025
ABŞ-nin yeni Prezidenti Donald Tramp Ağ Evin keçmiş Prezidenti Co Baydeni Amerika torpaqlarında əksəriyyəti cinayətkar olan 21 milyon miqrantın yaşamasına icazə verməkdə ittiham edib.
Manset.az xəbər verir ki, o, bunu “Fox News” telekanalına müsahibəsində ölkədəki miqrasiya böhranını şərh edərkən deyib.
Tramp miqrantların çoxlu sayda ölkəyə gəlməsinə icazə verilməsinin böyük səhv olduğunu düşünür. O, Baydenin "buna icazə verdiyi" üçün bu qədər miqrantın ABŞ-yə daxil olduğunu vurğulayıb.
ABŞ lideri əlavə edib ki, ölkədə azadlıqda olan və dinc amerikalılar üçün təhlükə yaradan minlərlə terrorçu və on minlərlə başqa cinayətkar var. Eyni zamanda, onun sözlərinə görə, ağır cinayətlər törədənlərin bir çoxu öz ölkələrindəki həbsxanalardan azad edilib, sonra isə ABŞ-yə gəliblər.
Tramp rəsmi olaraq Prezident kimi fəaliyyətə başladıqdan sonra cənub sərhədindən ölkəyə qeyri-qanuni girişi dayandıran və belə miqrantların çıxarılması üçün tədbirlər görməyi nəzərdə tutan fərman imzalayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin