Türkiyənin XİN başçısı ABŞ-nin dövlət katibi Rubio ilə danışdı

23:15 - 22 Yanvar 2025

Türkiyənin XİN başçısı ABŞ-nin dövlət katibi Rubio ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

“Xarici İşlər Naziri Hakan Fidan həmkarına yeni vəzifəsində uğurlar arzulayıb”, – telekanal qeyd edib.

Tərəflər Türkiyə və ABŞ-nin iki müttəfiq olaraq əməkdaşlıqlarını qarşılıqlı hörmət və etimad əsasında həyata keçirmək istiqamətindəki qətiyyətlərini vurğulayıblar. Regional məsələlərdə koordinasiya içində hərəkət etməyin əhəmiyyətinə toxunublar.


Xəbər xətti

23 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin