Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqladı

20:35 - 22 Yanvar 2025

Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqladı

Rusiya və Latviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişə yanvarın 21-də xitam verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi informasiya portalında dərc olunan məlumatında deyilir.

“2025-ci il yanvarın 21-də Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1992-ci il iyulun 21-də Vilnüsdə imzalanmış sazişə xitam verilib”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, Litva Seymi (parlamenti) ötən il iyunun 25-də bu sazişi denonsasiya edib. Rusiya və Litva müqaviləni 1992-ci ildə imzalayıb və hər beş ildən bir onu yeniləyirdi. Sənəd Rusiya və Litva vətəndaşlarının şəxsi və əmlak hüquqlarını bərabər şəkildə qorumağa, mübahisələr yarandıqda hüquqi əməkdaşlığı təmin edirdi.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin