Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırıldı - VİDEO

16:16 - 22 Yanvar 2025

Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırıldı - VİDEO

Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci km-lik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.

 

Manset.az xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin