"Bavariya" 19 yaşlı futbolçu ilə müqavilə bağladı

16:38 - 21 Yanvar 2025

Almaniyanın "Bavariya" klubu "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovla müqavilə bağlayıb.

 

Manset.az xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 2029-cu ilə qədər sözləşmə imzalasa da, cari mövsümün sonuna qədər "Hoffenhaym"da forma geyinməyə davam edəcək.

Qeyd edək ki, Tom Bişov Almaniyanın istedadlı futbolçularından hesab olunur. O, ölkənin aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.


Xəbər xətti

22 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin