Prezidentdən Davos səfəri ilə əlaqədar PAYLAŞIM
22 Yanvar 2025
15:48 - 21 Yanvar 2025
Amerika Prezidenti Donald Tramp ABŞ-da yalnız qadın və kişi cinsinin mövcud olduğu ilə bağlı fərman imzalayıb.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.
“Birləşmiş Ştatların siyasəti iki cinsi, kişi və qadını tanımaqdan ibarətdir. İnsanın cinsi dəyişməzdir və fundamental, təkzibedilməz reallığa əsaslanır”. - Prezidentin fərmanında deyilir.
Bundan əlavə, Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması ilə bağlı sərəncam imzalayıb. O, həmçinin Denali dağına köhnə MakKinli adını qaytarıb. Qeyd olunur ki, ölkənin Daxili İşlər Nazirliyi 30 gün ərzində adların dəyişdirilməsi ilə bağlı bütün rəsmiləşdirmələri həll etməlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin