Prezidentdən Davos səfəri ilə əlaqədar PAYLAŞIM
22 Yanvar 2025
14:41 - 21 Yanvar 2025
Bəli, keşməkeşli… Mövzu seçimi, aktyor truppası, texniki heyət və nəhayət, tamaşaçı… Sonuncu səbəb yaranan sənət əsərinin uzunömürlü olması ilə bərabər, yaranma prosesində çəkilən çətinlikləri bir göz qırpımında silib, yaxud ucalda bilər.
Azadlıq, yoxsa özbaşınalıq sualının hələ də tam ayırd olunmadığı xaotik bir mühitdə parlamaq, zərif gülüş fonunda cəmiyyətin nəbzini tutmaq, hətta bir az da irəli getsək zövq formalaşdırmağa çalışmaq əlbəttə çətindir. Buna nail olmaq isə qəhrəmanlıqdır.
Sözügedən vəziyyətdə son dövrlərdə təqdim olunan filmlər sırasında izlədiyim film səviyyəli tamaşaçı dediyimiz tamaşaçının tələb olunan meyarlarına cavab verən “Evdə Qalmış” filmidir. Onun birinci versiyası kontent yanaşmasına görə aktual, yaradıcı kontekstdən yanaşdıqda isə olduqca qənaətbəxşdir. Yəni, nəhayət ki, tamaşaçı qurşaqdan aşağı “yumor”a deyil, duzlu replikalara gülür. Nəzərə alsaq ki, film ərsəyə gətirmək həm də və ən başlıcası güclü maliyyə tələb edir. Amma sərf olunan maliyyənin də bir bəhrəsini görmək varmı düşüncəsi ilə işə başlamaq qəhrəmanlığın dərəcəsini bir daha artırır. Bu film isə bəli, bax, bu film bəhrəli filmdir, deyə bilərik.
Hətta o qədər bəhrəli ki, tamaşaçı böyük sevgi və eyni səmimiyyətlə ikinci dəfə “Evdə Qalmış 2” filmini izləməyə gəldi. Bəli, yenə ssenarist rejissor, prodüsser Valeh Əhmədov stilistikası. Yumoru qədərində, replikalar mənalı, mövzu seçimi isə aktual. Burda uğurlu yaradıcı komanda üzvlərinin də rolu danılmazdır. Ssenaristlər Könül Alasova və Failə Nəbiyeva. Bu imzaların incə nüanslara xüsusi diqqət yetirməsi onların düşüncə və qələmlərinin yalnız alqışalayiq olduğunu göstərir. Əlbəttə ki, aktyor seçimi və tərəf müqabillərinin zövqlə,estetik seçilməsi də təhlil olunan müsbət tərəflərdən biridir.
Artıq uzun illərdi ki, yeni təqdim olunan, müasir filmləri izləyirik. Və bu da müqayisə etməyə əsas verir. Bildiyimiz qədərilə bu filmin montaj prosesində ssenarist rejissor, prodüsser Valeh Əhmədov özü şəxsən dəqiqliklə iştirak edib, ona görə Valeh Əhmədov stilistikası demək olar. Nədir bu ? Filmdə istifadə olunan musiqilər və mahnılar. Bu istifadə həm yeni nəfəs verməklə yanaşı, eyni zamanda baş verən situasiyanı tamaşaçıya daha duzlu təsvir edir. Bu günədək istər keçən əsr, istərsə də indiki dövr hər bir film üçün yazılan "soundtrack"lar sevilirdisə, bu filmdə mahnı və musiqilər filmin səhnələrində uğurlu ekran həllini tapır.
“Evdə Qalmış 1” filmi bütün telekanallarda göstərilməklə yanaşı, “Evdə Qalmış 2” filmi indi bütün kinoteatrlarda təqdim olunur.
Ümid edirəm ki, hətta əminəm ki, rejissorun tutduğu və seçdiyi yol müasir Azərbaycan film tarixində yaşayan və zaman keçdikcə təhlil olunan, nümunə göstərilən film olacaq.
Fəxriyyə Lilpar İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Xəzərin sahilindən…” layihəsinin rəhbəri, tele-aparıcı
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin