İlham Əliyev Ərdoğana başsağlığı verdi
21 Yanvar 2025
14:35 - 21 Yanvar 2025
Məşhur aktyor və müğənni Özcan Deniz həyat yoldaşı Samar Dadgar ilə evliliyinin ikinci ildönümünü qeyd edib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dadgar əvvəllər heç yerləşdirmədiyi fotoları paylaşaraq izləyicilərini sevindirib.
Özcan Dəniz karyerasından başqa şəxsi həyatı ilə də tez-tez diqqət mərkəzində olur. Bir neçə ay əvvəl o, ailə böhranı səbəbindən müzakirə mövzusuna çevrilmişdi.
“Mən səni, sizi hələ də çox sevirəm, amma bu kifayət deyil. Mən sadəcə özümü və nüvə ailəmi birinci yerə qoyuram. Sənə qarşı, sizə qarşı bu müdafiəni etməyim ağrılı və utanc verici deyilmi!” - Deniz paylaşımlarının birində ailəsinə etiraz bildirərək bunları yazıb.
2018-ci ildə Feyza Aktanla birnci evliliyindən bir oğlu var, 2023-cü ildə isə dizayner Samar Dağdarla ailə həyatı qurub. Həyatlarının xoşbəxt anlarını davamlı olaraq paylaşan cütlük ikinci evlilik ildönümünü qeyd edib. Samar Dağdar sosial şəbəkəsində fotolarını yayımlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin