Lavrov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

13:51 - 21 Yanvar 2025

Lavrov Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına bütün istiqamətlərdə kömək etməyə hazırdır.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarda deyib.

“Biz 2020-ci və 2022-ci illərdə üç ölkə liderindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşdırılması məqsədilə lazımi yardımı göstərməyə hazırıq”.

Yanvarın 21-də Lavrov və Mirzoyan Moskvada danışıqlara başlayıb. Görüş zamanı diplomatlar Rusiya-Ermənistan münasibətlərinə dair fikir mübadiləsi aparacaq, Aİİ və digər qurumlar çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.

Rusiya XİN-in məlumatına görə, ölkə liderləri Cənubi Qafqazdakı işlərin vəziyyətinə xüsusi diqqət yetirəcək, Ermənistanla Azərbaycan arasında normallaşmaya nail olunmasını vurğulayacaqlar.


Xəbər xətti

21 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin