"Miri Yusifin videolarını yayacağıq" deyib, pulunu aldılar

10:00 - 21 Yanvar 2025

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Fotoda: Emin Əfəndi


Xəbər xətti

21 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin