İlham Əliyev Donald Trampı təbrik etdi
21 Yanvar 2025
09:30 - 21 Yanvar 2025
Fransa Prezidenti Emmanuel Makron fövqəladə hallarda ölkə ordusunu gücləndirmək üçün gənc könüllüləri səfərbər etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Səfərbərlik layihəsinin yaradılmasını dövlət başçısı Sesson Sevinye şəhərində hərbi qulluqçular qarşısında çıxışı zamanı elan edib. O, belə bir tədbirin zəruriliyini onunla izah edib ki, təhlükələr Fransa ətrafında toplanır, onu adaptasiya etməyə məcbur edir.
Makron deyib ki, o, gənc fransızlara “möhkəm öhdəlik” təklif etmək və “onlara xidmət etmək üçün seçim vermək” istəyir.
"Biz könüllüləri daha yaxşı seçmək, onları öyrətmək və gün gələndə onları səfərbər etmək üçün iş görməliyik", - Makron deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin