Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi - FOTO
20 Yanvar 2025
18:23 - 20 Yanvar 2025
Avropa Komissiyası (AK) Rusiyanın bütün qalıq yanacaqlarından mərhələli şəkildə imtina etmək planı üzərində işləyir.
Manset.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə AK nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.
“Komissiya, planlaşdırıldığı kimi, mandatının ilk 100 günü ərzində Avropa İttifaqını (Aİ) Rusiyanın qalıq yanacaqlarından tamamilə təmizləmək üzrə plan və ya “yol xəritəsi” təqdim edəcək. Hələ bir az vaxt var”, - sözçü Brüsseldə keçirilən brifinqdə deyib.
A. İtkonenin sözlərinə görə, Aİ artıq Rusiyanın qalıq yanacaqlarından qurtulmaq üçün mühüm tədbirlər görüb və Rusiya qazının idxalı əhəmiyyətli dərəcədə azalıb.
“Biz Rusiyadan kömür idxalını tam dayandırdıq, neft tədarükünün böyük hissəsini, həmçinin qaz tədarükünün üçdə iki hissəsini ixtisar etdik”, - AK sözçüsü bildirib.
A. İtkonen qeyd edib ki, bu əhəmiyyətli nəticələrə baxmayaraq, Rusiya qazı hələ də Avropa bazarında mövcuddur və onlar bunun belə olmamasını üstün tuturlar.
“Qarşıdakı həftələrdə təqdim olunacaq “yol xəritəsində” nəzərdə tutulan məsələlərdən biri də məhz bununla bağlıdır”, - o söyləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin