Prezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi
20 Yanvar 2025
09:17 - 20 Yanvar 2025
Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.
Manset.az Report.az-a istinadən xəbər verir ki, komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev olacaq.
Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək.
Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin