İlham Əliyevdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM
19 Yanvar 2025
17:18 - 19 Yanvar 2025
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 50 qol vuran ilk komanda olub.
Peşəkar Futbol Liqasından Manset.az -a verilən məlumata görə, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.
Əlli qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl – 2022/2023-cü illər mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.
Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/1997-ci illər mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin