Bakıda yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ
19 Yanvar 2025
09:30 - 19 Yanvar 2025
“TikTok” artıq ABŞ ərazisində əlçatan deyil.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə müvafiq qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl öz fəaliyyətini dayandırıb.
Hazırda ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər bu bildirişlə qarşılaşırlar: “ABŞ-də “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.
Qeyd edək ki, iki gün öncə ABŞ Ali Məhkəməsi “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul edib.ABŞ Konqresinin əksər hissəsi və Ədliyyə Departamenti olduqca populyar tətbiqin Çindən idarə olunduğu üçün ABŞ-nin milli təhlükəsizliyinə təhdid olduğunu müdafiə edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin