"İsrail HƏMAS-ın azad edəcəyi əsirlərin siyahısını almayıb" - Netanyahu

22:50 - 18 Yanvar 2025

İsrail hələ də radikal Fələstinin HƏMAS hərəkatının azad edəcəyi əsirlərin siyahısını almayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.

"Razılaşdırıldığı kimi əsirlərin siyahısını almayana qədər Qəzza razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür", - Netanyahu bildirib.

Xatırladaq ki, yanvarın 16-da İsraillə HƏMAS arasında Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair saziş imzalanıb, razılaşma yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.


Xəbər xətti

19 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin