DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
19 Yanvar 2025
21:20 - 18 Yanvar 2025
Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı dinləmənin keçirildiyi Qərb Dairə Məhkəməsi qarşısında aksiya keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, aksiyada 40 nəfər saxlanılıb.
Onların Prezidentin tərəfdarları olduğu güman edilir.
Prezidentin tərəfdarları onun həbsdən azad edilməsi tələbi ilə məhkəmənin qarşısında etiraz aksiyası keçirirlər. Polisin məlumatına görə, mitinqdə 44 minə qədər insan iştirak edib.
Qeyd edək ki, yanvarın 15-də Korrupsiyaya qarşı Mübarizə idarəsinin Prezidenti həbs edən əməkdaşlarının hücum edən daha 10 nəfər hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Yeddi nəfər polis əməkdaşlarına qarşı zor tətbiq edib, daha bir nəfər isə jurnalistə hücum çəkib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin