Havanın çirklənməsi səbəbindən İranda ölənlərin sayı AÇIQLANDI - ŞOK RƏQƏM

19:30 - 18 Yanvar 2025

Havanın çirklənməsi səbəbindən İranda ölənlərin sayı AÇIQLANDI - ŞOK RƏQƏM

Ötən il 30 min iranlı havanın çirklənməsi səbəbindən ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin hava sağlamlığı və iqlim dəyişikliyi şöbəsinin müdiri Abbas Şahsuni “Tasnim”ə bildirib.

Havanın çirklənməsi dünyada ikinci ölüm səbəbi və insan sağlamlığı üçün ən mühüm ekoloji təhlükədir.

Havanın çirklənməsi dünyada 8,1 milyondan çox vaxtsız ölümə səbəb olur və hər səkkiz ölümdən biri havanın çirklənməsi ilə bağlıdır.

İran Səhiyyə Nazirliyinin son bir ildə ölkənin 57 şəhərində apardığı araşdırmaya görə havanın çirklənməsi ilə bağlı 30 692 ölüm halı qeydə alınıb.


Xəbər xətti

19 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin