DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
19 Yanvar 2025
19:15 - 18 Yanvar 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
Manset.az Anadolu-ya istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.
“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, - o bildirib.
Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.
Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: “Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin