Serbiya Prezidenti Orban və Siyarto ilə enerji təhlükəsizliyini müzakirə edəcək

18:00 - 18 Yanvar 2025

Serbiya Prezidenti Orban və Siyarto ilə enerji təhlükəsizliyini müzakirə edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orban və xarici işlər naziri Peter Siyarto ilə enerji təhlükəsizliyi və infrastruktur layihələrini müzakirə etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkələrdə məlumat verib.

"İnfrastruktur layihələrinin həyata keçirilməsi və ölkələrimizin regionda əsas enerji dəhlizləri kimi strateji əhəmiyyəti nəzərə alınmaqla enerji təhlükəsizliyi diqqət mərkəzimizdədir", - o yazıb.

Macarıstanın Baş naziri və xarici işlər naziri Belqrada bu gün gəlib.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin