DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
18 Yanvar 2025
16:00 - 18 Yanvar 2025
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kiberdələduzluq halı ilə üzləşib. Bununla bağlı hüquq mühafizə orqanları, “Kapital Bank” tərəfindən dərhal araşdırma başlanılıb və həmin şəxslər müəyyən edilərək oğurlanan pullar geri qaytarılıb.
Manset.az xəbər verir ki, “Kapital Bank” vəsaitin necə geri qaytarılması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bank vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib:
“Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin