Dünya bazarlarında neftin qiyməti endi

10:11 - 18 Yanvar 2025

Dünya bazarlarında neftin qiyməti endi

Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.


Manset.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,62% və ya 0,50 dollar azalaraq 1 barelə görə 80.79 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,02% və ya 0,80 dollar azalaraq 1 barelə görə 77.88 ABŞ dollarına bərabər olub.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin