Sənədsiz evlərlə bağlı qərar veriləcək – TARİX AÇIQLANDI

23:30 - 17 Yanvar 2025

Sənədsiz evlərlə bağlı qərar veriləcək – TARİX AÇIQLANDI

“Bakıda sənədsiz evlərin sayı çoxdur, bu rəqəm yüzminlərlə ölçülür”.

 

Manset.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə sənədsiz evlərin sənədləşməsi ilə bağlı qərarın gecikməsi səbəblərindən danışarkən deyib.

Ekspert bildirib ki, bu məsələ bütün aidiyyatı qurumlar ilə razılaşdırılmalıdır:

“Hökumət bunu bütün qurumlarla razılaşdırıb, ölçüb-biçiləndən sonra qərara gəlmək istəyir. Məndə olan məlumata görə, proses başa çatmaq üzrədir. Mərhələlərlə problemin həlli istiqamətində addımların atıldığını görürsünüz. Torpaqların katiqoriyasının dəyişdirilməsi ilə bağlı olan fərman da bu kimi məsələlərin həllinə yönəlib. Elə torpaq sahələri var idi ki, kənd təsərrüfatı təyinatlı idi, onların üzərində evlər inşa olunmuşdu. Artıq vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə torpaqların təyinatının dəyişdirilməsi ilə evlərinə çıxarışlar ala bilir. Yəni, bu məsələ həll olunub”.

Ekspert bunun bir xeyli fərdi yaşayış evinin sənədləşməsinə yol açıdığını qeyd edib:

“Digər məsələlər var ki, onlara kompleks yanaşılmalıdır. Elə ərazilər var ki, yüksək gərginlik, yüksək təzyiqli qaz və su xətlərinin üzərində yerləşir. Elə sahələr var ki, orada uzun müddət neft hasil olunurdu. Hətta bəziləri buruqların düz içərisində yerləşirdi. Belə evlərlə bağlı qərar vermək məsuliyyət tələb edir”.

Ramil Qasımzadə həmin ərazilərdə milyonlarla manatdan söhbət getdiyini xatırladıb:

“Çünkü həmin xətlərin dəyişdirilməsi, yaxud da sökülüb kompensasiya verməklə, digər yerlərdə əvəzlənməsi və s. var. Heç bir kommunikasiyaya mane törətməyən evlərin çıxarışla təminatı yaxın vaxtlarda, bəlkə də ilin birinci rübündə qərar verilə bilər. Bununla bağlı qərar olacaq, amma kommunikasiyaya mane törədən evlərlə bağlı hökumətin müvafiq qərarı olacaq”.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin